• SOSİAL

    18:38 31 iyul 2019

MN: Türkiyəli mütəxəssislər "MiQ-29"un axtarışlarına cəlb olunub

Qəzaya uğramış hərbi təyyarənin axtarışına türkiyəli mütəxəssislər cəlb edilib.

ONA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 31-də Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR