• SOSİAL

    18:41 11 mart 2019

MTRŞ-da Koreya seriallarının Azərbaycanda yayımlanması müzakirə olunub

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmovla Koreyanın Azərbaycandakı səfiri Kim Tonq-Op arasında görüş keçirilib.

ONA-nın MTRŞ-ya istinadən verdiyi xəbərə görə, N. Məhərrəmov Azərbaycanda televiziya və radio yayımı, MTRŞ-nın əsas funksiya və vəzifələri haqqında qonağa geniş məlumat verib.

Səfir Koreyada bu sahədə olan vəziyyət barədə, həmçinin yayım tənzimləmə funksiyasını həyata keçirən Koreya Televiziya və Radio Yayım Komitəsi barədə danışıb.

Görüş zamanı Koreya film və seriallarının Azərbaycanda yayımlanması məsələsi, televiziya və radio yayımı sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və digər əlaqəli məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR