"Yayımçılar tərəfindən yeni tərkibdə bədii şuralar yaradılır".
Bunu ONA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, yayımçıların bədii şuralarının tərkibinə televiziya, incəsənət, mədəniyyət sahəsinin görkəmli nümayəndələri, o cümlədən ictimaiyyətin təmsilçiləri, millət vəkilləri daxildir.
"Göründüyü kimi, bədii şuralar yaradılarkən onun tərkibinə xüsusi önəm verilir. Əlbəttə ki, bədii şuraların effektiv fəaliyyəti cəmiyyətin gözləntisidir. Bədii şuralar veriliş və proqramların keyfiyyətinin artırılmasına öz töhfələrini verəcəklər. Düzdür, hər şeyi bədii şuralardan gözləmək də düz olmaz. Çünki onlar əsasən tövsiyə verəcəklər. Bununla belə, bədii şuraların teleradio yayımı sahəsində mövcud çatışmazlıqların aradan qaldırılmasındakı roluna inam yüksəkdir", - T. Dadaşov qeyd edib.