• SOSİAL

    14:50 5 mart 2019

Mübariz Qurbanlı: “ABŞ Dövlət Departamentinin illik hesabatlarında razı olmadığımız məqamlar var”

“ABŞ Dövlət Departamentinin illik hesabatlarında hələ də razı olmadığımız məqamlar var”.

ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, illik hesabatlarda dünyada dini etiqad azadlığı ilə bütün ölkələr barədə məlumatlar olur: “Bu hesabatlarda bir neçə il əvvələ qədər Azərbaycan barədə obyektiv olmayan informasiyalar yayılırdı. Bizim ABŞ Dövlət Departamentinin bura səfər edən nümayəndələri ilə keçirdiyimiz görüşlər və Qafqaz Müsəlmanları İdarəsi, Prezident Administrasiyasının şöbəsi ilə birlikdə apardığımız işlər nəticəsində bu məlumatların yanlış olduğunu onlara çatdıra bilmişik. Əminəm ki, bunları zaman-zaman göstərə biləcəyik. Azərbaycanda dini etiqad azadlığı ilə bağlı tənqidi söz demək ədalətsizlikdir".

ABŞ-ın “Etnik Anlaşma Fondu”nun prezidenti Ravvin Mark Şnayner deyib bildirib ki, Amerikada yəhudi icması içərisində ən çox sevilən müsəlman ölkəsi Azərbaycandır və ən çox hörmət olunan ölkələrdəndir: "Biz fəaliyyətimizi genişləndirərək bura xristian icmalarını da əlavə edirik. Yevangelistlərin rəhbərini bura konfransa dəvət etdik ki, Azərbaycanda görülən işləri təkcə yəhudilər deyil, onlar da görsünlər. Azərbaycan və onun bu sahədə gördüyü işlər Amerikada təqdirəlayiq qiymətləndirilir. Bu, bizim gördüyümüz işlərin tərkib hissədir. Amerikada yaşayan xristianlar da Azərbaycanda görülən işlər və Azərbaycandakı nümunələrlə bağlı səslərini ucaltsınlar. Biz bu sahədə işlərimizi davam etdirəcəyik və Azərbaycan həqiqətləri gec-tez öz yerini tapacaq".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR