• SOSİAL

    11:36 16 aprel 2019

Mübariz Qurbanlı: “Ramazan ayı ilə əlaqədar ənənəvi dini qaydalara əməl edilməsini tövsiyə edirik”

"Ramazan ayı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tədbirlər Planı olur və buna uyğun da fəaliyyət göstərilir. Qafqaz Müsəlmanları İdarəsi ilə də qarşılıqlı şəkildə əməkdaşlıq edilir".

ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Ramazan ayı ilə əlaqədar ənənəvi dini qaydalara əməl edilməsini tövsiyə edirlər: "Həmçinin məscidlərdə Ramazan ayı ilə bağlı tədbirlər Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi vaxt çərçivəsində həyata keçirilməlidir. Bütün tələblərə riayət olunmalıdır. Bizim komitənin əsas vəzifəsi verilən fətva və qayda-qanunlara əməl edilməsi istiqamətində öz üzərinə düşən vəzifəni yerinə yetirməkdir".

M.Qurbanlı deyib ki, bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək: "Ümumi olaraq qeyd edim ki, onsuz da hər həftənin cümə günü məscidlərdə komitə tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir. Nəticə ilə əlaqədar müvafiq tədbirlər görür və lazımi addımlar atırıq".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR