• SOSİAL

    18:18 3 aprel 2019

Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsinə dair fərmanda dəyişiklik olunub

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişiklikləri təsdiq edib.

ONA-nın xəbərinə görə, dəyişikliyə əsasən, fərmanın 3.8-ci və 3.9-cu bəndləri ləğv olunub.

Sözügedən bəndlərə əsasən, Nazirlər Kabineti nizamnamələri ölkə Prezidenti tərəfindən təsdiq edilmiş publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edirdi. Eyni zamanda Fərmanın 3.8-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla, dövlət adından yaradılan digər publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün zəruri tədbirlər görüb Azərbaycan Prezidentinə məlumat verirdi.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR