2019/2020-ci tədris ilində müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakant yerlərin sayı açıqlanıb.
ONA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün keçirilən təlimdə bildirib ki, müsabiqə üzrə vakant yerlərin sayı 5000-dən çox olacaq.
O qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı hələlik bəlli deyil.