• SOSİAL

    01:23 20 iyun 2020

Müəllimlərin yerdəyişmə müsabiqəsində namizədlərə bəzi güzəştlər ediləcək

İyun ayının 21-dən etibarən tətbiq ediləcək xüsusi karantin rejimi ilə əlaqədar olaraq müəllimlərin yerdəyişmə müsabiqəsində vakant yer tutmuş namizədlərdən əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış tələb olunmayacaq.

APA-nın məlumatına görə, bu barədə Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, namizədlər şəxsi səhifələrinə yalnız təhsil haqqında sənəd və ona əlavəni skan edərək vahid fayl şəklində pdf formatında yükləyəcəklər. Sənədlər yoxlanıldıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Təhsil haqqında sənəd və ona əlavəni şəxsi səhifəyə yükləmək üçün son tarix 1 iyuldur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR