• SOSİAL

    00:34 6 iyun 2020

Müəllimlərin yerdəyişməsinə elektron sənəd qəbulu başa çatıb

Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçiblər.

Müsabiqədə iştirak edən namizədin seçdiyi imtahan nəticəsi artım əmsalı ilə hesablanacaq.

1. DQ/MİQ balı x 1.1 artım əmsalı – əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsi üzvü olduqda;

2. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə;

3. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə.

Qeyd edək ki, sənəd qəbulu iyunun 1-dən başlayıb. Yerdəyişmə müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər müraciət edə bilərdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR