“Bu gün saat 23:59-da respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsi başa çatır”.
ONA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
O bildirib ki, müsabiqədə iştirak etmək üçün 2906 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 1000 nəfəri öz ərizəsini təsdiq edib.
M. Camalzadə qeyd edib ki, müsabiqənin müsahibə mərhələsinə aprelin 20-dən sonra başlanılacaq.