• SOSİAL

    13:36 8 aprel 2021

Münaqişə bitəndən Azərbaycanın 20 vətəndaşı mina partlayışında həlak olub, 85-i yaralanıb

"Münaqişə bitəndən bəri 9-u mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib".

APA-nın məlumatına görə, bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 8-i mülki şəxs olmaqla, 85 vətəndaş ağır yaralanıb: “Mina qurbanı olan 20 insanın həyatı xilas edilə bilərdi. Ermənistan bunu etmədi. Ermənistanın insan həyatına bais olan minaları basdırması müharibə cinayətidir".

ONA

Teqlər:

SON XƏBƏRLƏR