• SOSİAL

    16:19 15 mart 2019

Musa Qasımlı diplomların tanınması ilə bağlı Təhsil Nazirliyini tənqid edib

“Tələbə xaricdə təhsil alıbsa, gəlib onu bir məmur imtahan etməməlidir. Təhsil Nazirliyi elektron qaydada müraciətlə bu məsələni həll edə bilər”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında AMEA-nın müxbir üzvü, deputat Musa Qasımlı bildirib.

M.Qasımlı deyib ki, xaricdə təhsil alanların diplomlarının tanınması məsələsi ilə bağlı çox söz-söhbət gəzir: “Ona görə də Təhsil Nazirliyi xaricdə təhsil alanı çağırmaqla yox, həmin xarici ölkəyə elektron qaydada sorğu göndərməklə həmin şəxsin sərhədi keçib-keçmədiyini, təhsil alıb-almadığını müəyyənləşdirə bilər”.

Musa Qasımlı Dissertasiya şuraları ilə bağlı məsələyə də toxunub: “İnstitutlarda, elmi müəssisələrdə Elmi və Müdafiə şuralarına güc-bəla ilə müdafiə edənləri gətirib həmsədr qoyurlar. Elm və Müdafiə Şuralarının həmsədrlərində dəyişiklik edilməlidir”.

Deputat deyib ki, heç bir məqaləsi çıxmayan şəxslər Elmi və Müdafiə şuralarında həmsədr kimi fəaliyyət göstərirlər: “Bu, Azərbaycan elmi üçün ayıbdır”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR