• SOSİAL

    15:30 29 aprel 2019

Nabranda dəniz suyunun tərkibi yoxlanılır

Xəzər dənizinin Xaçmaz rayonu ərazisindəki 5 müxtəlif çimərlikdən su nümunələri götürülərək, müayinə üçün laboratoriyaya göndərilib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, Nabran istirahət zonasında çimərlik mövsümünün başlanması ilə əlaqədar 5 yerdə dəniz suyunun tərkibinin müayinəsini həyata keçirir.

Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən su nümunələri götürülən çimərliklərin əksəriyyəti yay mövsümündə turistlərin daha çox daha çox olduğu yerlərdir.

Dəniz suyunun müayinəsi çimərlik mövsümü boyunca 15 gündən bir - oktyabradək davam etdiriləcək.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR