• SOSİAL

    11:22 18 mart 2019

Nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərmanların sayı artırılıb

Azərbaycanda nadir xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı genişləndirilib.

ONA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin Kollegiyası bununla bağlı “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edib.

Beləliklə, Adsetris (Adcetris), Serezim(Cerezyme) və Fabrazim (Fabrazyme) nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısına daxil edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR