Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinə (naturaçılara) ödənilən məbləğ 28 faiz artırılıb.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabineti yeni redaksiyada təsdiq etdiyi “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nda əksini tapıb.
İndiyə qədər tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 4,05 manat, çılpaq naturada isə 6,70 manat məbləğində müəyyən olunub. Dəyişikliyə əsasən tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 5,61 manat, çılpaq naturada isə 9,28 manat məbləğində müəyyən olunub.
Bu qərar 1 mart 2019-cu ildən qüvvəyə minir.