Naxçıvan Muxtar Respublikasında DOST Mərkəzi yaradılacaq.
ONA xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Naxçıvanda tikintisi davam etdirilən DOST Mərkəzinin 2023-cü ilin sonuna qədər açılışı planlaşdırılır:
"Həmçinin Naxçıvanda yaşayan vətəndaşların məlumatlarının da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi sistemimə inteqrasiyası ilə bağlı işlər aparılır. Bu fəaliyyət növbəti il ərzində davam etdiriləcək".
O qeyd edib ki, hazırda Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır:
"2025-ci ilin sonunadək 17 regional "DOST" mərkəzinin və 55 rayon filiallarının istifadəyə verilməsi nəzərdə tutulub”.