• SOSİAL

    14:49 31 may 2019

Nazir: “100 mindən artıq vətəndaşımız bu təqaüdlərdən istifadə edəcək”

“Vətəndaşlarımız əmin olsun ki, Azərbaycanda islahatların davamı gəlir”.

ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, ölkə başçısının növbəti fərmanı ilə birinci qrup əlillərə və sağlamlıq imkanı məhdud uşaqlara şəxslərə də əlavə təqaüd müəyyən edilib: “Onlar üçün müvafiq qanunverici baza formalaşdırdıqdan sonra, artıq sənəd qəbuluna başlanıb. Yaxın günlərdə təqaüdlərin ödənilməsinə başlanacaq. Burda 100 mindən artıq vətəndaşımız bu təqaüdlərdən istifadə edəcək”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR