• SOSİAL

    17:29 25 fevral 2019

Nazir: “Sosial müavinətlər üzrə artımlar əhaliyə aprelin 1-dən veriləcək”

“Qanun layihələri parlamentə təqdim ediləcək. Bu il aprelin 1-dən sosial müavinətlər üzrə artımlar əhaliyə veriləcək”.

ONA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla bağlı keçirdiyi mətbuat konfransında deyib.

S. Babayev bildirib ki, son sərəncam 576 min 842 insanı əhatə edir: “Bu məqsədlər üçün illik 399 milyon 843 min manat, cari ilin 9 ayında isə 302 milyon 134 min manat ayrılacaq”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR