• SOSİAL

    15:38 7 may 2019

Nazir: "Azərbaycanda 20 mindən çox gənc müəllim işə qəbul olunub"

"Son illərdə “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın icrasının təmin edilməsi istiqamətində keçirilmiş kompleks tədbirlər nəticəsində müəllimlik peşəsinə maraq əhəmiyyətli dərəcədə artıb".

ONA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, ötən il 500-dən çox bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçib.

Nazir qeyd edib ki, müəllimlərin işə qəbul müsabiqəsində iştirak edənlərin sayı son 5 ildə 3 dəfədən çox artıb: "Son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR