• SOSİAL

    09:57 16 dekabr 2020

Nazir: "Erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri sürətlə aparılır"

“Erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri sürətlə aparılır. Bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq”.

APA xəbər verir ki, bu sözləri Fövqəladə Hallar naziri, general–polkovnik Kəmaləddin Heydərovun "Azərbaycan" qəzetindəki məqaləsində bildirilib.

O bildirib ki¸ ümummilli Lider Heydər Əliyevin işıqlı ideyaları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılmış Fövqəladə Hallar Nazirliyi artıq 15 ildir, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət başçısının verdiyi tapşırıqları şərəflə və yorulmadan icra edir: “Yola salınan illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif edilməsi fəaliyyətinin hər bir anında ali dövlət qayğısı ilə əhatə olunmuş şəxsi heyəti əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan etibarlı qorunması üçün daha ciddi səy göstərməyə səfərbər edib.

Bu gün fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması Fövqəladə Hallar Nazirliyinin tam nəzarətindədir. Bu uğur dövlət başçısının Azərbaycanda yürüdülən təhlükəsizlik və mülki müdafiə siyasətinin təntənəsi deməkdir. Hər bir azərbaycanlının Prezidenti olaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına göstərdiyi xüsusi diqqət və qayğıya görə dövlət başçısına sonsuz təşəkkürümüzü bildirir və əmin edirik ki, müstəqil Azərbaycanın daha da inkişafı, ölkə əhalisinin və ərazisinin, təbii sərvətlərinin bütün növ fəlakətlərdən qorunması, insanlarımızın sərbəst, firavan və təhlükəsiz yaşayışı və fəaliyyətinin təmin edilməsi naminə bundan sonra da bilik və bacarığımızı əsirgəməyəcəyik!”

ONA

Teqlər:

SON XƏBƏRLƏR