• SOSİAL

    12:42 10 fevral 2022

Nazir: "Hazırda Omicrona görə məhdudlaşdırıcı addımlara zərurət yoxdur"

"Son günlər COVİD-19 virusuna yoluxma kəskin artıb".

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib.

Nazir bildirib ki, bu da yeni ştamın daha yoluxdurucu olmasından irəli gəlir: "Respublikada koranavirusla bağlı vəziyyət idarəolunan, tam nəzarət altındadır. Virusa yoluxanların müalicəsində heç bir problem yoxdur. Omicronla bərabər Delta ştamı da dövriyyədədir. Xəstəxanaya yerləşdirilənlər arasında, xüsusən reanimasiya düşənlərlə bağlı tədqiqatlar aparılır. Hazırda Omicronla bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur. Hər hansı qərar, xüsusi karantin rejiminin sərtləşdirilməsi, yoluxanların sayı, hospitalizasiya dinamikasına əsaslanır. Hazırda ümumi çarpayı fondunun yalnız 20 faizi, reanimasiya fondunun isə 10 faizi istifadədir. Omicrona yoluxanlar xəstəliyi yüngül keçirir. Vaksinasiya olunmayanlarda Omicron fəsadlar törədə bilir və bir neçə insan artıq reanimasiyaya yerləşdirilib".

T.Musayev hazırkı dalğada hospitilaziya sayının yoluxma sayları ilə nisbətdə Delta ştamından fərqləndiyini diqqətə çatdırıb: "Hazırda xəstəlik daha yüngül keçir. Omicronun kliniki gedişatını nəzərə alaraq deyə bilərik ki, yoluxma simptomları 2 gün sonra ortaya çıxır və 5 sutkadan sonra virus bədəndən xaric olmur. Buna görə karantin müddəti 7 günə endirilib".

Nazir bildirib ki 15 fevraldan etibarən iki doza vaksin almış vətəndaşlar arasında ikincisi dozanın üstündən 6 ay keçmiş şəxslərin sertifikatı etibarsız olacaq: "Hər kəsi vaksinasiyaya qoşularaq COVID-19-un yayılmasının qarşısının almağa dəvət edirəm. Azərbaycanda 5 milyon insan 2 doza, 2 milyondan çox şəxs isə buster doz qəbul edib".

ONA

Teqlər:

SON XƏBƏRLƏR