• SOSİAL

    18:55 19 avqust 2022

Nazir Kəmaləddin Heydərov meşə yanğınları ilə bağlı Şabranda xüsusi müşavirə keçirib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov meşə yanğınlarının bir neçə gündür davam etdiyi Şabran rayonuna səfər edib.

APA xəbər verir ki, nazir Şabranda yanğınlarla mübarizəyə həsr olunmuş xüsusi müşavirə keçirib.

Müşavirədə şimal rayonlarının İcra hakimiyyətlərinin başçıları, aidiyyəti qurumların rəhbərləri iştirak edib.

Vəziyyət barədə nazirə məlumat verilib, hazırkı durum qiymətləndirilib.

Kəmaləddin Heydərov yanğınla mübarizə sahəsində müvafiq tapşırıqlar verib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR