• SOSİAL

    11:35 12 aprel 2019

Nazir Kəmaləddin Heydərov Qubada vətəndaşları qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Quba rayonunda vətəndaşları qəbul edib.

ONA-nın şimal bürosunun xəbərinə görə, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar da nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Vəli Turan

Aytən

Teqlər:

SON XƏBƏRLƏR