• SOSİAL

    18:31 3 may 2021

Nazir müavini: "Azərbaycanda "Qırmızı kitaba" düşəcək növlərin sayı artır"

Nəşr edilən birinci "Qırmızı kitab"da 108 fauna və 140 flora növü qeydə alınıb. İkinci kitabda isə 223 fauna və 300 flora növü qeydə alınıb".

APA-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, III "Qırmızı kitab"a daxil ediləcək flora və fauna növlərinin sayının artması istisna deyil: "Həm iqlim dəyişmələri, həm antropogen təsirlərin artması növlərin nadirləşməsinə, onların areallarının dağılmasına, bəzi hallarda populyasiyasının yer üzündən silinməsinə səbəb olur. Azərbaycanda antropogen və iqlim təsirlərin güclü olması bəzi həssas növlərin kritik həddə yaxınlaşmasına səbəb olub. Yeni kitabda rəqəmlər dəyişəcək. Bəzi növlər var ki, tək-tək də olsa, fərdlərin sayı artıq kitabdan çıxarılıb, xüsusi siyahılara salınacaq".

Nazir müavini vurğulayıb ki, yeni kitab daha müasir olacaq: "Qiymətləndirmə beynəlxalq meyarlara uyğun aparılacaq. Növlərin bəziləri rəssamlar tərəfindən çəkiləcək. Təəssüf hissi ilə qeyd edirik ki, bu gün Azərbaycanda "Qırmızı kitaba" düşəcək növlərin sayı artır. Nazirin əmri ilə komissiya yaradılıb. Bu gün də ilk iclas keçirildi və mühüm qərarlar alındı".

ONA

Teqlər:

SON XƏBƏRLƏR