• SOSİAL

    16:55 29 yanvar 2021

Nazir müavini: "İşğal altında olan 54 328 hektar meşə ərazisi məhv edilib"

"Yeraltı və yerüstü sərvətlər baxımından işğaldan azad olunmuş ərazilər qiymətlidir".

APA-nın məlumatına görə, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, işğal altında olan 54 328 hektar meşə ərazisi məhv edilib:

"30 ildə ekologiyamız daha çox ziyan çəkib. İlkin görüntüləri Azərkosmosdan müəyyən etmişik. Füzuli, Ağdam, Qubadlı, Zəngilanda şərq çinarınin əkilməsi daha çox üstünlük vermisik.

Qubadlı və Zəngilanda tut tingləri əkilib. Bu baramaçılğın inkişafına fayda verəcək".

ONA

Teqlər:

SON XƏBƏRLƏR