“Artıq koronavirusla bağlı ölkədə 10 mindən çox test aparılıb”.
APA-nın məlumatına görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
V. Qasımov deyib ki, virusa yoluxanlarla təmasda olan şəxslər aşkarlanır və karantinə götürülür: “İndiyə qədər koronavirusa yoluxan 72 nəfərdən ikisi xarici ölkə vətəndaşıdır”.
Nazir müavini 30 qədər yoluxmanın xaricdən gələnlərlə bağlı olduğunu deyib, sonradan isə ölkə daxilində yoluxma hallarının qeydə alınmağa başlandığını qeyd edib.