• SOSİAL

    11:23 30 aprel 2019

Nazir müavini: "Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb"

"Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb".

ONA-nın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərin həlli barədə imzaladığı fərmandan irəli gələn tapşırıqlar icra olunur: "Hazırda məhkəmələrdə problemli kreditlərlə bağlı heç bir hərəkət aparılmır".

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli fərman imzalayıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR