"Məktəblərə ixtisaslı psixoloqların cəlb edilməsi gündəmdədir".
ONA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev media nümayəndələri üçün keçirilən təlimdə deyib.
O bildirib ki, bəzi hallarda məktəblərdə çalışan psixoloqlar öz ixtisası ilə çalışmayan kadrlar olur.