• SOSİAL

    16:33 12 oktyabr 2021

Nazir müavini: "Növbəti mərhələdə digər əhali kontingenti də 3-cü doza peyvəndə cəlb olunacaq"

“3-cü doza(buster) vaksin gücləndirici peyvənddir. Əlbəttə ki, onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

O deyib ki, onu vurdurandan sonra immunitet xeyli artır: “Ona görə tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR