• SOSİAL

    16:50 3 may 2019

Nazir müavini: “Növbəti dərs ilindən tələbələrin 50 faizinə təqaüd veriləcək"

“Hazırda tələbə kreditləri ilə bağlı son müzakirələr gedir”.

ONA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, növbəti tədris ilindən tələbələrə təhsil haqqının kredit formasında verilməsi formalaşdırılacaq: “Bildiyimiz kimi, bu ilin əvvəlindən ölkə Prezidentinin tələbə təqaüdlərinin artırılması, təqaüd yerlərinin sayı və təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncam və fərmanları olub. Orada mütləq qaydada belə bir kriteriya var ki, təhsil alan tələbələrin 50 faizinə mütləq qaydada tələbə təqaüdləri veriləcək”.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR