2017-ci illə müqayisədə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun sığorta haqqından gəlirləri 250 milyon manat artıb, xərcləri isə 150 milyon manat azalıb.
ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, ümumilikdə ötən il Dövlət Sosial Müdafiə Fondunun gəliri 13 faiz təşkil edib: "Cari ildə də bu tendensiya davam edir. Bu ilin 5 ayında 95 min əmək müqaviləsi artıb. Bu da 6 faiz artım deməkdir. Sosial Müdafiə Fondunun artım tempi davam edir. Bununla da pensiyalar Fond tərəfindən ödənilir, dövlət büdcəsinə yük yaratmır".