• SOSİAL

    15:56 7 may 2019

Nazir: "Qəzalı məktəb problemi həll ediləcək"

"Azərbaycanda qəzalı məktəb problemi həll ediləcək".

ONA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi tədbirlərinin davam etdirildiyini vurğulayan C. Bayramov bildirib ki, 2003-2018-ci illərdə ölkədə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib.

Nazir qeyd edib ki, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

C. Bayramov bu istiqamətdə tədbirlərin bu il də davam etdiriləcəyini bildirib.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR