“Yaxın 2 ay ərzində 132 nəfər yeni məktəb direktoru təyin olunub”.
ONA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Təhsildə valideyn amilinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayan nazir bildirib ki, yeni işə qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri yüksəlib.
C. Bayramov qeyd edib ki, bütün ölkə boyu xüsusi istedadlı uşaqların seçimi prosesi aparılır və indiyədək 60 sinif yaradılıb və bu proses diqqət mərkəzində olacaqdır: “Müəllimlərin ixtisasartırma modulları yenilənəcək;
Məktəb bazasında peşə təmayülünün daha da genişlənməsi əsas prioritetlərdən biri olacaq”.