• SOSİAL

    12:16 25 may 2019

AMEA-nın magistraturasına qəbul ödənişli əsaslarla həyata keçiriləcək - QİYMƏT

Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib.

ONA-nın Akademiyaya istinadən verdiyi xəbərə görə, ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır.

Bildirilib ki, cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək. Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqlarının məbləği 1600 manat müəyyən olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR