• SOSİAL

    23:48 19 aprel 2019

Nazirlər Kabineti Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması və işçilərinin sayı barədə qərar verib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” qərar verib.

ONA-nın məlumatına görə, qərara əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin say həddi 17 ştat vahidi təsdiq edilib.

Monitorinq Mərkəzi publik hüquqi şəxsin aylıq əməkhaqqı fondu 10 min 80 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanına əsasən Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq, Monitorinq Mərkəzinin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etmək tapşırılmışdı.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR