Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən, “qida qəbulu” sözlərinin əvvəlinə “ictimai iaşə müəssisələrinin” sözləri və “zallarında” sözündən sonra “, otaqlarında, habelə onların açıq hava sahələrində” sözləri əlavə edilib.
Həmin Qərarla təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nın “Qida qəbulu zalları” sütununa “zalları” sözündən sonra “ , otaqlar, habelə "açıq hava sahələri” sözləri əlavə edilib.
Qeyd edək ki, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır.
İndiyə qədər qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalı idi.