"Vahid məktəbli geyim formalarının təsvirləri müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq".
ONA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev media nümayəndələri üçün keçirilən təlimdə deyib.
Yuxarıda qeyd olunan məsələnin "Ümumi təhsil haqqında" Qanunda əksini tapdığını vurğulayan nazir müavini qeyd edib ki, 4-5 vahid məktəbli geyiminin formaları Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək və təhsil müəssisələri yalnız bu geyimlərdən istifadə edə biləcəklər: "Qərar qəbul edildikdən sonra heç bir məktəb bu qaydadan kənara çıxmamalıdır".