• SOSİAL

    18:18 28 fevral 2020

Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib

"İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil. Amma vətəndaşlar da bizimlə əl-ələ verib işləməlidir".

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında koronavirusla əlaqədar yaradılan Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, 10 gündür İranda koronavirus aşkarlanıb, hələ də ora ilə gediş-gəliş davam edir: "İnsanlar özləri gediş-gəlişi azaltmalıdır. Hətta sərhədi keçən qızdırması olmayan şəxslərə də xüsusi vərəqələr paylanılır, tövsiyə edirik ki, evdən az çıxsınlar, diqqətli olsunlar".

Məlumata görə, bu günə 224 nəfər karanatin şəraitində saxlanılır.

Bunlardan 12-si İran, 7-si digər ölkələr, qalanları Azərbaycan vətəndaşlarıdır. Müayinələr zəncirvari reaksiyalar vasitəsilə aparılır və cavab bir müddət vaxt alır: "Rəqəmlər daima dəyişir. Mənfi cavabı çıxanlar evə müşahidəyə buraxılır. Amma koronavirus olmasa belə, başqa respirator xəstəliyi olanlar müalicə olunmalıdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR