Nazirlər Kabinetinə yeni şöbə müdiri təyin edilib.
ONA-nın məlumatına görə, bununla bağlı baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Müsəddiq Məmmədov Nazirlər Kabineti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Vəfa Əliyeva olub.