• SOSİAL

    14:29 6 mart 2019

Nazirlik: A tipli qripə yoluxma halları müşahidə edilir

“Bu ilin 4-5-ci həftələrində Azərbaycanda 16 nəfərdə A (H1N1) virusu aşkarlanıb”.

ONA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O qış aylarında A tipli mövsümi qrip virusuna yoluxma hallarının müşahidə edildiyini diqqətə çatdırıb, kəskin respirator virus infeksiyalarına yoluxmanın epidemioloji həddi keçmədiyini, vəziyyətin sabit olduğunu vurğulayıb.

A. Əliyeva Azərbaycanda “koksaki” virusunun yayılması barədə səslənən fikirlərə də münasibət bildirib. Direktor müavini bu virusun yayılması barədə məlumatların düzgün olmadığını, indiyədək aparılan laborator müayinələr zamanı “koksaki” virusuna yoluxma halının aşkar edilmədiyini qeyd edib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR