Hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.
ONA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir.
Məlumata görə, hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir. Mövsüm dəyişikliyi ilə əlaqədar tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, artım yoxdur.