“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”.
ONA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır: “Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”.