• SOSİAL

    15:11 2 mart 2019

Nazirlik: Əlillərə 35 mindən çox reabilitasiya vasitəsi verilib

Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2019-cu il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə edilmiş dəyişikliklərdən biri kimi reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək də nazirliyin vəzifələri sırasına daxil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONA-ya verilən məlumata görə, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bir sıra hallarda əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin onların yaşadıqları bölgələrə, hətta yaşadıqları ünvanlara aparılaraq verilməsi işləri də aparılıb. Ötən il ərzində Mərkəz əlilliyi olan şəxsləri 35 351 reabilitasiya vasitəsi ilə təmin edib. Onlardan bir qismi də reabilitasiya vasitələrini götürmək üçün özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanları olmayan şəxslərə səyyar xidmət formasında yaşadıqları rayon və ya şəhərə aparılmaqla, yaxud birbaşa ünvana çatdırılma qaydasında təqdim olunub.

Məlumatda həmçinin qeyd olunub ki, dövlət başçısının müvafiq Fərmanı ilə nazirliyin Əsasnaməsində edilmiş dəyişikliyə uyğun olaraq, bundan sonra reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi sistemli xarakter alacaq, bu sahədə fəaliyyət daha da genişləndiriləcək.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR