• SOSİAL

    16:30 31 may 2019

Bakıda 7 axşam məktəbi fəaliyyətini dayandıracaq

Azərbaycanda fərdi təhsilə cəlb olunan 15 yaşa qədər şəxslər I sinfə başlayan şagirdlərin 0,01 faizini təşkil edir.

ONA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev media nümayəndələri üçün keçirilən təlimdə bildirib.

F. Həmzəyev qeyd edib ki, fərdi təhsilə cəlb edilən şəxslərə gündəlik 12-13 saat dərs keçirilir: "Onlar VIII sinifdən sonra eksternat qaydada imtahan verib attestat ala bilirlər. Fərdi təhsilə cəlb edilən şəxslər əsasən, 15-25 yaş arası olur".

O vurğulayıb ki, Bakı şəhərində 7 axşam qiyabi məktəbi fəaliyyət göstərir: "1 ildən sonra bu məktəblər fəaliyyətini dayandıracaq. Axşam məktəblərinin ləğv edilmə səbəbi icbari təhsilin 9 illik olması ilə bağlıdır. 2 il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın idi. Axşam məktəblərində 18-45 yaş arasında olan şəxslər təhsil alırdı".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR