• SOSİAL

    12:40 10 sentyabr 2019

Nazirlik Sabirabadda qarayaraya yoluxan xəstələrin durumunu açıqlayıb

Səhiyyə Nazirliyi Sabirabadda qarayaraya yoluxan xəstələrin durumunu açıqlayıb.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həmin şəxslərin müalicəsi davam edir, vəziyyətləri normaldır.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlu Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar.

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşdırmalara başlanılıb.

Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR