• SOSİAL

    16:45 23 sentyabr 2021

Nazirlik: Sanitar-epidemioloji vəziyyət əyani tədrisə başlamağa imkan verir

"Qaydalara əsasən, ali təhsil müəssisələrində də müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

O bildirib ki, pandemiya başlayanda əvvəl distant təhsilə, sonra yalnız praktiki məşğələlərin keçirilməsinə icazə verilirdisə, bundan sonra bütün dərslərin ənənəvi tədrisə keçməsi nəzərdə tutulur: “Bunun müsbət tərəfi yeni dəyişikliklərdə artıq kitabxanalar, akt zalları, hovuzların pandemiya rejiminin qaydalarına uyğun olaraq açılmasıdır. Burada müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Bu, ondan ibarətdir ki, ali təhsil müəssisələrində otaqlarının yalnız 70 faizindən istifadə edə bilirik. Əgər 100 nəfərlik auditoriya varsa, həmin auditoriyada 100 nəfərin oturması mümkün olmayacaq. Bu halda ali təhsil müəssisələrinin özlərinə səlahiyyət verilir ki, onlar təhsili alternativ qaydada təşkil edə bilsinlər. Burada söhbət tədrisin növbəli şəkildə təşkilindən, müəyyən istisna hallarda, heç cür mümkün olmazsa, distant təhsildən gedir.

N. Məmmədli deyib ki, bufetlərin masalararası məsafənin, eyni zamanda sanitar-epidemioloji vəziyyətin ciddi nəzarət altında olması şərtilə açılmasına icazə verilib: “Uzun müddət təhsil müəssisələrinin distant formada fəaliyyət göstərməsini gördük. Bundan sonra sanitar-epidemioloji vəziyyət imkan verir ki, əyani tədrisə başlayaq. Ümid edirik ki, bundan sonra ciddi qapanmalara ehtiyac olmayacaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR