• SOSİAL

    17:48 29 aprel 2019

İTV-nin baş direktoru “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərə görə, sərəncama əsasən, Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının aşağıdakı üzvləri Qasımov Balakişi Ələkbər oğlu və Talıbov Elman Eldar oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, Balakişi Qasımov İTV-nin baş direktorudur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR