• SOSİAL

    13:11 27 aprel 2019

Nərimanov və Yasamal rayonlarının bəzi küçələrində rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov və Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, bu səbəbdən sürücülərdən adı çəkilən ünvanlar boyu hərəkətdə olarkən diqqətli olsunlar.

Onlardan müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR