Prezident İlham Əliyev Nizami Xudiyevə Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
ONA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Qeyd edək ki, 70 yaşlı N.Xudiyev 1996-2006-cı illərdə AzTV-yə rəhbərlik edib, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.