• SOSİAL

    15:07 28 mart 2019

Nobel prospekti və Zığ şosesində yeni sola və geriyə dönmə yerləri yaradılıb - FOTOSESSİYA - VİDEO

Nobel prospekti və Zığ şosesində yeni sola və geriyə dönmə yerləri yaradılıb.

Bu barədə ONA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, son vaxtlar Xətai rayonu, Nobel prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində - “Nargilə dairəsi” adlanan ərazidə müşahidə olunan tıxac və sıxlığın aradan qaldırılması və nəqliyyat yükünün azaldılması məqsədilə aidiyyəti qurumlarla aparılan birgə araşdırmalar nəticəsində hazırlanmış təkliflər Bakı Nəqliyyat Agentliyi tərəfindən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına göndərilib.

Hərəkətin təşkilində dəyişiklik edilməsi üçün Komissiyanın müvafiq qərarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həzi Aslanov, Əhmədli və Günəşli qəsəbələrinə alternativ hərəkət şəraitinin yaradılması ilə əlaqədar 2 yerdə (Nobel prospektinin 7-ci dairəvi küçəsi ilə, Zığ şosesinin Sadıqcan küçəsi ilə kəsişməsində) işıqfor nizamlanması tətbiq etməklə sola və geriyə dönmə yerlərinin təşkil edilməsi işlərinə başlanılaraq, qısa müddət ərzində yekunlaşdırılıb.

Hazırda Nobel prospekti ilə 7-ci dairəvi küçəsinin kəsişməsində (Həzi Aslanov qəsəbəsi) və Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində (Əhmədli qəsəbəsi) işıqforla tənzimlənən sola və geriyə dönmə yerləri təşkil olunub. Hərəkətin tənzimlənməsi məqsədilə sözügedən hissələrdə yol nişanları quraşdırılıb, nişanlanma xətləri və piyada zolaqları çəkilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR